“Liverpul” İngiltərə Premyer Liqasının VIII turunda “Brayton”un qonağı olub.
Oxu.Az xəbər verir ki, dörd qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Hesabı meydan sahiblərinin heyətində Saymon Adinqra açıb. Lakin Məhəmməd Salahın dublu ilk hissənin sonuna qədər “qırmızılar”ı önə keçirib. Lakin Lyuis Dank meydan sahiblərini məğlubiyyətdən xilas etməyi bacarıb.
Bu nəticədən sonra “Liverpul” 17 xalla üçüncüdür. “Brayton” isə bir xal az toplayıb və altıncıdır. Digər qarşılaşmalar heç-heçə başa çatıb. “Nyukasl” səfərdə “Vest Hem”lə 2:2, “Aston Villa” rəqib meydanında “Volverhempton”la 1:1 hesablı bərabərliyə razılaşıb.