Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
İsrail Livanla sərhəd yaxınlığında vətəndaşların təxliyyəsinə başlayıb - YENİLƏNİB
İsrailin müdafiə naziri Yoav Qalant Livanla sərhədə yaxın yerləşən yaşayış məntəqələrinin boşaldılmasına hazırlıq barədə göstəriş verib.
Bazar günü səhər saatlarında İsrail ordusu Qəzza zolağı yaxınlığında onlarla yaşayış məntəqəsinin boşaldılmasını elan edib.
Qeyd edək ki, Livan “Hizbullah”ı oktyabrın 8-də Fələstinin İsrail ərazilərini atəşə tutması prosesinə qoşulduğunu təsdiqləyib.
Mənbə: mk.ru
12:25
İsrail ordusu sutka ərzində bütün ölkə vətəndaşlarının Qəzza ilə sərhədə yaxın ərazidən təxliyə ediləcəyini açıqlayıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Daniel Haqari məlumat verib.
“İsrail 24 saat ərzində Qəzza sərhədi yaxınlığındakı qəsəbələrdə yaşayan bütün sakinləri təxliyə edəcək”, - deyə bəyanatda bildirilir.
Bundan əvvəl Əl-Qəssam dəstələri (HƏMAS-ın hərbi qanadı) hələ də İsrail ərazisində döyüşdüklərini bildirmişdilər.
Xatırladaq ki, daha əvvəl HƏMAS-ın hərbi qanadı sayılan “İzz əd-Din əl-Qəssam” briqadası hələ də İsrail ərazisində döyüşdüklərini bəyan edib.
Mənbə: RT