Misli Premyer Liqasının XX həftəsində "Turan Tovuz" klubu "Şamaxı"nın qonağı olub.
Oxu.Az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda baş tutan görüşdə hesab açılmayıb.
Qeydə alınan bu nəticə ilə turnir cədvəlinin dördüncü pilləsində yer alan Tovuz təmsilçisi xal ehtiyatını 34-ə yüksəldib. 24 xalı olan Şamaxı kollektivi isə səkkizinci yerdədir.
Gün ərzində baş tutacaq digər oyunda isə "Sabah" səfərdə "Qəbələ" ilə üz-üzə gələcək.