"Komanda olaraq yeni mövsümə hazırlığı yüksək səviyyədə keçirmişik".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.
"Komandada vəziyyət yaxşıdır. Hazırlığımız yüksək səviyyədə keçib. Çempionatdakı təzyiqi anlayırıq. Adımız hədəfdir. Adımıza görə oynayacağıq. Bu hədəflə oynasaq, mövsümün sonunda istədiyimizə çatacağıq".
O, heyətdə çox dəyişiklik etdiklərini vurğulayıb: "Bu da təsirsiz ötüşməyəcək. Hər şeyin yaxşı olacağına inanırıq. Məncə, yaxşı və keyfiyyətli oyunçuları heyətə cəlb etmişik", - baş məşqçi bildirib.
Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək. "Neftçi" avqustun 16-da, saat 20:00-da "Şamaxı"nı qəbul edəcək.
Anar Həsənov