"Santos" klubunun muzeyində komandanın yetirməsi və əfsanəsi olan Neymarın büstü qoyulub.
Oxu.Az xəbər verir ki, bu barədə məşhur futbolçu sosial şəbəkə hesabında paylaşım edib.
Büstün açılış mərasiminə futbolçu özü də qatılıb.
"Santos" tarixinin bir parçası olmaq mənim üçün böyük şərəfdir. Allaha, ailəmə və ilk gündən mənə dəstək olan bütün azarkeşlərə təşəkkür edirəm. Bizim çoxlu parlaq anımız olub, ancaq çətin vaxtlarımız da yaşanıb və siz hər zaman mənim yanımda olmusunuz", - deyə forvard bildirib.
Xatırladaq ki, Neymar doğma "Santos" komandasına 2025-ci ildə qayıdıb və onun müqaviləsi bu ilin dekabr ayının sonuna qədər qüvvədədir. Ulduz forvard "Santos"dan başqa "Barselona", "PSJ" və "Əl-Hilal" klublarında da çıxış edib. Təcrübəli hücumçu Braziliya milli komandasının tarixində ən məhsuldar oyunçudur. O, yığmanın heyətində keçirdiyi 130 matçda 80 dəfə fərqlənib.
