Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Santuşa yerli köməkçi təyin olundu
Rəşad Eyyubov Azərbaycan millisinin məşqçisi təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, Fernandu Santuşun rəhbərlik etdiyi məşqçilər korpusunda çalışacaq. Yığmanın sabiq üzvü ilə müqavilənin müddəti 2028-ci ilə kimi nəzərdə tutulub.
Qeyd edək ki, R.Eyyubov futbolçu karyerası ərzində "Simurq", "Xəzər Lənkəran", "Kəpəz", "Qəbələ", "Sumqayıt", "Neftçi", "Sabah" və "Zirə" klublarının formasını geyinib. O, 2015-2019-cu illərdə millinin heyətində 7 oyun keçirib. 32 yaşlı mütəxəssis "Sabah" klubunun U-19, əvəzedici və əsas komandasında məşqçi kimi fəaliyyət göstərib.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Elçin Məmmədov AFFA İntizam Komitəsindən ayrıldı
- AFFA Premyer Liqaya yüksəlməyə namizəd komandalara bir il vaxt verdi
- Ayxan Abbasov: "Azərbaycanlı olaraq ölkənin ikinci komandasında çalışmaq şərəfdir"
- AFFA heyətində yetərsay olmadığına görə komandaya texniki məğlubiyyət verdi
- Elvin Cəfərquliyev və Musa Qurbanlıya sanksiya tətbiq olunacaq