Bakı-2015 Birinci Avropa Oyunlarının əməliyyatları üzrə baş direktoru Saymon Kleqq brifinqdə jurnalistlərə erməni idmançılarının yarışlara öz hesablarına gələcəklərini bəyan edib.
Oxu.Az bu barədə azerisport.com-a istinadən xəbər verir.
Xatırladaq ki, Ermənistan MOK-un baş katibi Qraçya Rostomyan qeyd edib ki, onların yığmasının bütün maliyyə məsələlərini MOK rəhbəri Gaqik Tsarukyan həll edəcək.
“Bu, həqiqətdir. Onlar öz hesablarına gəlirlər. Onların MOK-a bəyan etdikləri kimidir”, - o bildirib.
O həmçinin Avropa Oyunlarının açılış mərasiminə toxunaraq qeyd edib ki, bu barədə heç bir informasiya olmayacaq:
“Jurnalistlərdən tədbir keçirilməyənə qədər bu barədə heç nə yazmamağı xahiş edirəm. Hətta nə isə öyrənsəniz belə - yazmayın. Qoy bu sirr qalsın”.