Gələn ilin yanvar ayının 15-dən 31-nə kimi Hollandiyanın Veyk-an-Zey şəhərində ənənəvi Tata Steel Chess – 2016 şahmat festivalı keçiriləcək.
Oxu.Az xəbər verir ki, festivalın əsas turnirində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da iştirak edəcək.
Onun rəqibləri dünya çempionu Maqnus Karlsen (Norveç), Fabiano Karuana və Uesli So (ABŞ), Din Lijen, Vey İ və Hou İfan (Çin), Aniş Giri və Lyuk van Veli (Hollandiya), Maykl Adams (İngiltərə) və David Navara (Çexiya) olacaq.
Daha iki iştirakçı bir müddət sonra məlum olacaq.
F.H.
www.oxu.az