Futbolçu Aleksandr Səmədov “Lokomotiv” klubunda atmosferdən və dünya çempionatından gözlənilənlərdən danışdı.
Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, on il bundan öncə “Lokomotiv” tarixdə ikinci çempionluğunu qazandı. Bundan sonra klub öz mövqelərini verdi, keçən il isə böhranın pik nöqtəsinə çatdı – 9-cu yeri tutdu. Bu mövsümü “dəmiryolçular” yeni baş məşqçinin rəhbərliyi altında keçiriblər.
15 nəticə balı yığaraq klubun, daha sonra isə Rusiya yığmasının lideri olan Aleksandr Səmədov “Futbol” həftəlik nəşrinə “Lokomotiv”dəki atmosferdən, tənqid və dünya çempionatından gözlədiklərindən danışıb.
Böyük beynəlxalq turnirdə – dünya çempionatında iştirakdan danışdıqda Səmədov qeyd edib:
“Narahatlıq yəqin ki, Braziliyaya çatanda olacaq. Hələ ki, böyük məsuliyyət var. Ölkəsini belə turnirdə təmsil etmək hər bir futbolçunun arzusudur. Dizlərim isə belə şeylərə görə çoxdandır ki, əsmir. Düzünü deməliyəm ki, yığma Bakıda oynayanda həyəcanlanırdım. Dünya çempionatına çıxmaq üçün həlledici matç idi. Bəlkə oyunun Azərbaycanda keçirilməsi bir az təsir edirdi”.
“Bir dəfə də olsun Azərbaycan üçün oynamadığınıza görə peşman olmusunuzmu?” sualına Aleksandr Səmədov “Heç vaxt” deyə cavab verdi.