Azərbaycan Premyer Liqasının IV turunun “Neftçi” – “Keşlə” (3:0) oyununda maraqlı məqam diqqəti çəkib.
Oxu.Az xəbər verir ki, qarşılaşmanı tribunadan izləyənlər arasında meydan sahiblərinin serbiyalı mərkəz müdafiəçisi Voyislav Stankoviçin övladları da olub.
Onlar atalarının 90 dəqiqə çıxış etdiyi oyundan əvvəl Azərbaycanın dövlət himnini oxuyublar.