Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sergen Yalçın Şahruddinin baş məşqçisi ola bilər
Patrik Klyuverti istefaya göndərən Türkiyənin “Adana Demirspor” klubu baş məşqçi axtarışlarını davam etdirir.
Super Liqa təmsilçisini çalışdırmağa ən real namizəd Sergen Yalçındır.
“Mavi şimşəklər”in rəhbərliyi dünən İstanbulda 51 yaşlı mütəxəssislə görüşüb. Tərəflər arasında 1,5 illik müqavilə ilə bağlı razılıq əldə olunub.
Sergen Yalçın son olaraq “Beşiktaş”ı çalışdırıb. O, məşqçilik karyerası ərzində daha əvvəl “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Eskişehirspor”, “Konyaspor”, “Alanyaspor” və “Yeni Malatyaspor”da işləyib.
Qeyd edək ki. Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”da çıxış edir.
Mənbə: Sabah
"Şahruddin Məhəmmədəliyev" teqi üzrə xəbərlər
- Şahrudin Məhəmmədəliyev uzun müddət sonra yenidən yaşıl meydanlara qayıdır
- Şahruddin Məhəmmədəliyevin yaşıl meydanlara qayıdacağı tarix bəlli oldu
- Kim gəldi, kim getdi? - Premyer Liqada transfer pəncərəsi bağlanır
- "Qarabağ"ın əsas heyət futbolçularının Avropa Liqasının iştirak ərizəsinə salınmamasına SƏBƏB
- "Qarabağ" ukraynalı futbolçunu transfer etdi
Rəylər