Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Səudiyyə Ərəbistanı dünya çempionatına ev sahibliyi etmək fikrindən daşındı
Səudiyyə Ərəbistanı 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün namizədliyini geri götürmək qərarına gəlib.
Ölkə Yunanıstan və Misirlə birgə mundialı təşkil etmək istəyib. Daha sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri Yunanıstan və Misir rəsmiləri ilə əlaqə saxlayıb, onlara 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün namizədlik irəli sürməyəcəklərini bildirib. O, əsas rəqibləri hesab olunan İspaniya, Portuqaliya və Mərakeşi üstələməyin qeyri-mümkün olduğunu vurğulayıb.
Argentina, Uruqvay, Paraqvay və Çili də DÇ-2030 üçün birgə müraciətə hazırlaşırlar.
Mundialın ev sahibinin adına gələn il aydınlıq gələcək.
Mənbə: championat.com
"Argentina" teqi üzrə xəbərlər
- Argentina prezidenti altı saat ərzində LIBRA mem-tokenini yüksəltdi və "dəfn etdi"
- Argentinada 18 yaşından kiçik şəxslərlə bağlı mühüm qərar qəbul edildi
- ABŞ-dən sonra Argentina da ÜST-dən çıxır
- Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib
- Argentinada turistlərin gözü qarşısında aysberq çevrilib