Səudiyyə Ərəbistanı millisinin bütün futbolçuları Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Argentina yığması üzərində qələbəyə görə 2,5 milyon avro alıb.
Bu barədə Səudiyyə Ərəbistanı milli komandasının məşqçilər korpusundakı mənbə bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisi sensasiyalı şəkildə DÇ-2022-nin favoritlərini 2:1 hesabı ilə məğlub edib. Oyun Lusail şəhərində, Lusail İkonik Stadionunda 88 012 tamaşaçının iştirakı ilə keçirilib.
Mənbə: gazeta.ru