"Əl-İttihad" komandası Səudiyyə Ərəbistanı Pro Liqasının bu mövsümündə çempion adını qazanıb.
Oxu.Az xəbər verir ki, bu, ölkə çempionatının 32-ci turu çərçivəsində "Əl-Raed" üzərində qələbə sayəsində mümkün olub - 1:3.
Bu nəticə ilə Ciddə təmsilçisi mövsümün qurtarmasına iki tur qalmış çempionluğunu elan edib.
"Əl-İttihad" ikinci yerdə gedən "Əl-Hilal"ı doqquz xal qabaqlayır.