Bu gün İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndələri arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat paylaşıb.
"Mayın 16-da müxtəlif formatlarda növbəti silsilə görüşlər baş tutacaq. Bunlardan biri ABŞ-Ukrayna-Türkiyə görüşüdür. Həmçinin Rusiya, Ukrayna və Türkiyə arasında üçtərəfli danışıqlar da gündəlikdədir", - deyə mənbə bildirib.
Əlavə olunub ki, görüşün dördtərəfli - ABŞ-Rusiya-Ukrayna-Türkiyə formatında baş tutub-tutmayacağı hələlik məlum deyil.