Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Olavio Juninyo "Sevilya" ilə danışıqlara son verdi
"Qarabağ"ın futbolçusu Olavio Juninyo İspaniyanın "Sevilya" klubuna transfer olmaqdan imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında futbol agenti Tural Əsgərli bildirib.
"Juninyo dünən "Sevilya"ya transfer olmaq qərarından imtina edib. Amma onun Braziliya təmsilçisi "Flamenqo"da oynaycağını söyləmək hələlik çox tezdir. Çünki klub ilk olaraq "Qarabağ"la ortaq məxrəcə gəlməlidir", - deyə T.Əsgərli vurğulayıb.
Qeyd edək ki, Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. Braziliyalı forvard Azərbaycan çempionatının və kubokunun qalibi olub. Tural Əsgərli 28 yaşlı hücumçunun "Qarabağ"a keçidində vasitəçi olub. O, braziliyalı forvardın agenti ilə əməkdaşlıq müqaviləsi olduğundan prosesdə iştirak edir.
"Qarabağ"ın futbolçusu Olavio Juninyo "Flamenqo" komandasının baş məşqçisi Felipe Luislə danışdıqdan sonra İspaniya təmsilçisi "Sevilya"ya keçmək fikrindən daşınıb.
Oxu.Az "Uol.com"a istinadən xəbər verir ki, Braziliya A Seriyasında çıxış edən klub Azərbaycan çempionuna və 28 yaşlı hücumçuya yeni təklif göndərib.
"Qırmızı-qaralar" Ağdam klubuna 7-8 milyon avro, Juninyonun özünə isə 5 milyon avro məvacib ödəməyə hazır olduğunu bildiriblər.
Bu, "Sevilya"nın "köhlən atlar"a təklif etdiyi məbləğdən 2 dəfə çoxdur. İspaniya təmsilçisi Juninyoya isə təqribən 1.5-1.7 milyon avro maaş verməyi planlaşdırır. Braziliyalı oyunçu ilə üçillik müqavilə imzalamaq niyyətində olan klub mövsümöncəsi onu heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Flamenqo"nun baş məşqçisi Felipe Luis karyerası ərzində İspaniyanın "Atletiko Madrid" və İngiltərənin "Çelsi" kimi tanınmış komandalarının formasını geyinib. O, 2019-cu ildə Braziliya yığması ilə Amerika Kubokunda qızıl medal əldə edib. F.Luis Madrid təmsilçisi ilə iki dəfə Avropa Liqasının, bir dəfə İspaniya La Liqasının, London klubunda isə İngiltərə Premyer Liqasının qalibi olub.
"Qarabağ"ın futbolçusu Olavio Juninyonun "Sevilya"ya keçidi alınmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "El Chiringuito TV"nin əməkdaşı Qonsalo Tortosa məlumat yayıb.
Onun sözlərində görə, Braziliyanın "Flamenqo" klubunun təklifi həm "Qarabağ", həm də 28 yaşlı futbolçunu razı salıb. Juninyo öz ölkəsində çıxış edəcəyi təqdirdə "Sevilya"dakından daha yüksək maaş alacaq. Artıq Əndəlüs təmsilçisinin də təcrübəli forvardın transferindən vaz keçdiyi bildirilib.
Qeyd edək ki, "Sevilya" klubu "Qarabağ"a 4 milyonluq transfer təklifi paketi ilə müraciət etsə də, Ağdam klubu buna müsbət cavab verməyib.
"Olavio Juninyo" teqi üzrə xəbərlər
- Olavio Juninyonu razı sala bilməyən "Sevilya" argentinalı hücumçu ilə danışıqlara başlayıb
- "Sevilya"nın sabiq hücumçusu: "Juninyonun İspaniyada işi asan olmaycaq"
- Olavio Juninyo bu gün Azərbaycandan ayrılır
- Azərbaycandan Avropaya tramplin, yoxsa Qurbanov üçün əlavə yük: Juninyo niyə getməli idi?
- "Sevilya" Juninyonun keçidini tamamladı
Rəylər