Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüş tarixi MƏLUM OLDU
"Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının növbəti iclası yanvarda keçiriləcək".
Oxu.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Armenpress"ə müsahibəsində deyib.
"Bəli, yanvarda görüş planlaşdırılır. Əminəm ki, 2024-cü ildə demarkasiya istiqamətində iş müsbət mühitdə inkişaf etdirilməlidir. Biz bu işdə qərarlıyıq", - deyə N.Paşinyan vurğulayıb.
"Yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə hökumətlərarası komissiyalarının iclası keçiriləcək, lakin dəqiq tarix məlum deyil".
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə bəyanatın mətni Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi tərəfindən dərc edilib.
Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev yanvarın yerli televiziya kanallarına müsahibəsində də bildirib ki, bu ay delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır:
"Bildiyim kimi, bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır".
"Ermənistan" teqi üzrə xəbərlər
- Ararat Mirzoyan: "Ermənistan Hindistan silahlarını almaqda maraqlıdır"
- Paşinyan türkiyəli jurnalistlərə ilk müsahibəsini verdi
- Paşinyan Aİ-nin baş katibi ilə Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edib
- Qərbi Azərbaycan İcması: "Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir"
- Avropa İttifaqının müşahidə missiyası yenidən sərhəddə: Durbinlə Qubadlı ərazisinə baxıblar