Əlbəttə ki, Bakıya gəlmiş İspaniya klubları haqqında məlumatım var. “Qarabağ”ın heyətində güclü yerli və əcnəbi oyunçuların olması rəqiblər üçün qələbəni çətinləşdirir. Həmin vaxt “Qarabağ” digər klubların da işlərini çətinləşdirmişdi.
Oxu.Az xəbər verir ki, bunu “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi deyib.
O, Bakıda keçirilən mətbuat konfransında “Qarabağ”la keçiriləcək görüş barədə danışıb: “Sabah bütün çətinliklərə baxmayaraq, qələbə qazanmağa çalışacağıq. Bizim düşündüyümüz sadəcə bir oyun var, o da “Qarabağ”la matçdır. Sabah avrokuboklarda mövsümdə ilk oyunumuz olacaq. Bütün gözləntilərin qarşılığını verəcəyik. Ən yaxşı heyəti meydana buraxacağıq. Əgər dəyişiklik olsa, sabah biləcəyik. Təbii ki, bəzi dəyişikliklər baş verə bilər. Bütün atlara birdən minmək mümkün deyil. Yalnız bir ata minmək istəyirik. Bütün diqqətimizi “Real”la çempionat oyununa yox, sabahkı görüşə yönəltmişik”.
Qeyd edək ki, “Qarabağ” – “Sevilya” matçı sabah saat 20:55-də başlayacaq.
Səbuhi Musayev
Rəylər