Azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2019" turnirində III turun görüşləri keçirilib.
Oxu.Az xəbər verir ki, bu turda Şəhriyar Məmmədyarov Hindistan təmsilçisi Vişvanatan Anandla üz-üzə gəlib. Görüş Məmmədyarovun məğlubiyyəti ilə yekunlaşıb - 0:1.
Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov isə çinli Dinq Lirenlə heç-heçə edib - 0,5:0,5. Son dünya çempionu norveçli Maqnus Karlsen çexiyalı David Navaranı məğlub etməklə turnirin vahid lideri olub.
III tur
Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan) 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin) 0,5:0,5
Alekandr Qrişuk (Rusiya) - Aniş Qiri (Hollandiya) 0,5:0,5
David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç) 0:1
Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 1:0
Qeyd edək ki, 3 turdan sonra Maqnus Karlsen 2,5 xalla I pillədə qərarlaşıb. Dinq Liren və Sergey Karyakin 2 xalla 2-3-cü, Vişvanatan Anand, Teymur Rəcəbov və Veselin Topalov 1,5 xalla 4-6-cı yerləri bölüşdürür. 1 xalı olan Alekandr Qrişuk, Aniş Qiri, Şəhriyar Məmmədyarov və David Navara isə 6-10-cu yerdədirlər. Turnirə aprelin 9-da yekun vurulacaq.