Makedoniyanın paytaxtı Skopye şəhərində klublar arasında şahmat üzrə Avropa Kuboku keçirilib.
Oxu.Az xəbər verir ki, yarışların sonuncu turunda Azərbaycan klubu “SOCAR-Azerbaijan” Rusiyanın “Bürünc atlı” komandası ilə heç-heçə oynayıb.
Nəticədə ümumilikdə 11 xal toplayan Azərbaycan təmsilçisi turniri ikinci yerdə bitirib.
Birinci yeri 13 xalla Rusiyanın “Sibir” klubunun şahmatçıları tutublar. Rusiyanın digər təmsilçisi “Bürünc atlı” komandası isə 3-cü olub.
Qeyd edək ki, SOCAR 2 dəfə - 2012 və 2014-cü illərdə - Avropa Kubokunun qalibi olub.
F.H.
www.oxu.az