Soçidəki “Fişt” stadionunda Paralimpiya oyunlarının açılışı başlayıb.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, mərasim “Buzu sındırarkən” adlandırılıb.Paraddan sonra paralimpiya məşəlinin yandırılması mərasimi keçiriləcək.
Paralimpiya oyunları martın 16-na kimi davam edəcək.
Oyunlarda 45 ölkənin idmançıları iştirak edəcək.
Ümumilikdə 5 idman növündə 72 medal komplekti oynanacaq.