Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şoltsdan Almaniya - İspaniya matçı üçün PROQNOZ
Almaniya kansleri Olaf Şolts futbol üzrə Avropa çempionatının 1/4 finalında Almaniya millisinin İspaniya yığması üzərində minimal hesablı qələbəsini proqnozlaşdırıb.
O, bu fikri Berlində Kommunal Xidmətlər Assosiasiyasının təşkil etdiyi tədbirdə deyib.
"1:0 Almaniyanın xeyrinə", - deyə Şolts müvafiq suala cavab verib.
Qeyd edək ki, kansler iyulun 5-də Ştutqartda keçiriləcək İspaniya - Almaniya oyununa şəxsən qatılacaq.
Xatırladaq ki, Avropa çempionatının yarımfinal oyunları iyulun 9 və 10-da keçiriləcək. Final iyulun 14-də Berlindəki Olimpiya Stadionunda baş tutacaq.
Mənbə: sports.ru
"Futbol" teqi üzrə xəbərlər
Ən çox oxunanlar