"Sportinq"in hücumçusu Viktor Qyökereş "Mançester Yunayted"in oyunçusu ola bilər.
Oxu.Az-ın "TEAMtalk"a istinadən verdiyi xəbərə görə, isveçli futbolçu özü Mançester təmsilçisinə keçmək arzusundadır.
Viktor Qyökereş digər klubların marağına baxmayaraq, Mançester klubuna qoşulmağa hazır olduğu barədə məlumat verib. Daha əvvəl onunla London "Arsenal"ının maraqlandığı bildirilirdi.
Ötən mövsüm 27 yaşlı Qyökereş bütün turnirlərdə 52 oyun keçirib, 54 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun "Sportinq"lə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt"a görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.