"Arsenal"ın bu yay transfer etdiyi hücumçusu Viktor Qyökereş UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Slaviya" ilə oyunda komandasına kömək edə bilməyəcək
Oxu.Az-ın klubun Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə komandanın baş məşqçisi Mikel Arteta məlumat verib.
O bildirib ki, "Arsenal"ın İngiltərə Premyer Liqasında "Börnli"yə 2:0 hesabı ilə qalib gəldiyi oyunda Qyökereş əzələ narahatlığı hiss edib və buna görə də fasilədə əvəzlənib:
Arteta Qyökereşin bu gün "Slaviya Praqa"ya qarşı keçiriləcək oyunu buraxacağını təsdiqləyib, lakin problemin nə qədər ciddi olduğuna dair qeyri-müəyyənliyin olduğunu bildirib.
Qeyd edək ki, "Slaviya Praqa" - "Arsenal" oyunu bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.