Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Sportinq" klubunun yeni baş məşqçisi bəlli olub
Portuqaliyanın "Sportinq" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Lissabon klubunu Juan Pereyra çalışdıracaq.
O, "Mançester Yunayted"in "sükanı arxası"na keçən Ruben Amorimi əvəzləyib. "Braqa" ilə dünən keçirilən qarşılaşma sabiq baş məşqçi üçün sonuncu olub.
Qeyd edək ki, 40 yaşlı Pereyra bunadək "Sportinq"in ikinci komandasını çalışdırıb. Sabiq sağ cinah müdafiəçisi futbolçu karyerasını 2021-ci ildə bitirdikdən sonra məşqçilik fəaliyyətinə start verib.
"Sportinq FK" teqi üzrə xəbərlər
- "Çelsi" "Sportinq"in iki futbolçusu üçün 74 milyon avro ödəyib
- "Çelsi" 17 yaşlı hücumçu üçün "Sportinq"lə razılaşdı
- "Sportinq" Viktor Qyökerişin sərbəst qalma məbləğini futbolçunun istəyi ilə azaltdı
- "Mançester Yunayted" yenidən baş məşqçi axtarışlarına başladı
- Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunlarının ən yaxşıları bəlli olub
Ən çox oxunanlar