Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
UNICEF: "Azərbaycanın Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalamasını alqışlayırıq"
UNICEF COP29 çərçivəsində Azərbaycan hökumətinin uşaqları iqlim siyasətinin mərkəzinə qoymağı öhdəsinə götürərək Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalamasını alqışlayır.
Oxu.Az xəbər verir ki, bu barədə UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə ofisinin "X" sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
"Biz daha inklüziv, gənclərə yönəlik iqlim fəaliyyətinə doğru bu mühüm addımı alqışlayırıq. COP29 prezidentinin yeni rolunda ilk öhdəliklərindən biri olan Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzaladığı bu mühüm məqamın bir hissəsi olmaqdan qürur duyuram. Biz birlikdə uşaqları və gəncləri iqlim fəaliyyətinin mərkəzinə qoymaq üçün çalışmalıyıq", - UNICEF-in Avropa və Mərkəzi Asiya ofisinin yeni regional direktoru Recina De Dominiçis sosial şəbəkədəki səhifəsində yazıb.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) başlanğıcında Azərbaycan Hökuməti Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayaraq iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürüb. Bəyannamənin imzalanma mərasimində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayev, UNICEF-in icraçı direktoru Ketrin Rassell, COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, yüksəksəviyyəli dövlət rəsmiləri, həmçinin Azərbaycanın uşaqları və gəncləri iştirak ediblər.
A momentous occasion at #COP29.
— UNICEF (@UNICEF) November 11, 2024
Azerbaijan signed the UNICEF-supported Declaration on Children, Youth, and Climate Action, committing to integrate the needs of children and youth into all climate change-related policies. https://t.co/CYUYX9DkUy
"COP29" teqi üzrə xəbərlər
- Muxtar Babayev: "COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur"
- Azərbaycan rəsmiləri Davosda Rikardo Hausmanla görüşüblər
- Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun sessiyasında iştirak edib
- Sülh və sabitlik hədəfləyən ortaq maraqlar: Azərbaycan və BƏƏ əməkdaşlığı uğurla inkişaf etdirilir
- Hakan Fidan: "Əməkdaşlığımızı fərqli regionlarda üçlü və dördlü formatlarda davam etdirəcəyik"