“Sports Illustrated” Time Warner media-holdinqin nəşr etdiyi amerikan həftəlik idman jurnalıdır.
Oxu.Az sportbox.az-a istinadla xəbər verir ki, nəşr 1954-cü ilin avqust ayından çap edilir, ümumi oxucu sayı isə 23 milyondur.
“Sports Illustrated” jurnalının çimərlik geyimlərinə həsr edilmiş xüsusi rubrikası oxucu auditoriyasında artıq 50 ildir ki, çox populyardır.
Mövcud olduğu illər ərzində Swimsuit rubrikası Şeril Tigs, İrina Şeyk, Haydi Klum, Tayra Benks, Sindi Krouford, El Makferson və Naomi Kempell kimi məşhur modellərlə onlarla üz qabığı çıxarıb.
Məşhur gözəllər çimərlik geyimində öz ideal formalarını nümayiş etdirərək, dünyanın ən populyar rubrikalarından birinin bəzəyi olurlar.
Bu gün Sportbox.az oxucularına alovlu Emili DiDonatonu təqdim edir.
Amerika gözəli model Olimpinə çox qısa bir zamanda yüksəlib. Karyerasına 17 yaşında başlayan Emili artıq bir ildən sonra ABŞ-ın aparıcı agentliyi ilə müqavilə imzalayır, Guess və Victoria's Secret kolleksiyaları üçün çəkilir, eləcə də 2009-cu ildən Maybelline markasının simasıdır.
Bu gün 23 yaşlı DiDonato ABŞ-da ən çox tələb olunan modellərdəndir.