Rusiyanın ən populyar rok qruplarından olan “Bi-2” Azərbaycanın paytaxtında konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az 1news.az-a istinadla bildirir ki, konsertin tarixi və məkanı ən yaxın günlərdə məlum olacaq. “Bi-2” Rusiya rok-qrupu 1988-ci ildə Şura Bi-2 və Leva Bi-2 tərəfindən Belarusiyada yaradılıb. Kollektiv Rusiyada ən məşhurlardan biridir, “Bi-2”-nin bəzi albomları isə qızıl statusa malikdir.