AFR yığmasının sabiq oyunçusu Pyer Littbarski Almaniya yığmasının Dünya Çempionatı-2014-ün yarımfinalı çərçivəsində Braziliya yığması üzərində qələbəsini şərh edib.
“Elə təəssürat yaranmışdı ki, sanki Almaniya Əfqanıstan komandası ilə oynayır. Bizim komandamızın həm sahədə, həm də ehtiyatda oturan oyunçuları ən yaxşı oyunçulardır. Lyovun rahat skamyası var, bunu Skolari haqqında demək olmaz”, - Braziliya KİV Littbarskidən sitat gətirirlər.
DÇ-2014-ün finalında Almaniya yığması Argentina-Niderland görüşünün qalibi ilə oynayacaq.