Belqradın "Srvena Zvezda" klubu vaxtından əvvəl Serbiya çempionu olub.
Oxu.Az xəbər verir ki, 30 turdan sonra 86 xal toplayan "qırmızı-ağlar" ikinci pillədə qərarlaşan "Partizan"ı sona 7 tur qalmış 23 xal qabaqlayır. Bu görüşlərdə komanda 106 qol vurub və cəmi 22 top buraxıb.
Qeyd edək ki, bu "Srvena Zvezda" üçün ardıcıl səkkizinci, klub tarixində isə 36-cı çempionluq olub.