Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.
Onun nəşi anadan olduğu Lənkəran rayonuna aparılıb.
"Uşaq vaxtı özü üçün silah düzəldirdi. Arzusu hərbçi, şəhid olmaq idi. Axır ki, istəyinə çatdı", - deyə mərhumun əmisi bildirib.
Əsgər Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Musazadə Əsgər Nicat oğlunun partlayış nəticəsində ölməsi faktı əsasında Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.
Oxu.Az xəbər verir ki, fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.
Cəbrayılda hərbçinin sursatın partlaması nəticəsində həlak olması faktı ilə bağlı araşdırma aparılır.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Əsgər Musazadə ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musazadə Cəbrayıl rayonunda sursatın partlaması nəticəsində həlak olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna aparılıb.
Ə.Musazadə Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.