Azərbaycanda iki nəfər minaya düşüb. Onlardan biri həlak olub, digəri isə yaralanıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Ceyrançöl adlanan ərazidə baş verib.
Hadisə nəticəsində Qazax rayon sakini Rəsul Məmmədov həyatını itirib. Digər şəxsin yaralandığı bildirilir. Onun kimliyi dəqiqləşdirilir.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12