Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısının Sərəncamı ilə təsis edilmiş dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Təbriz Əmmayev və Toğrul Yaqublu ilə görüşlər keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat naziri müsabiqədə əldə etdikləri uğur münasibətilə qalibləri təbrik edib, müsabiqənin onların peşəkar inkişafında önəmini vurğulayıb.
Görüşdə qaliblərin maraq dairələri və karyera hədəfləri, Mentorluq proqramından gözləntiləri dinlənilib. Proqram çərçivəsində görüləcək işlər və gənclərin peşəkar səriştələrinin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Yeni iqtisadi tendensiyalar, sahibkarlığın inkişafı kimi məsələlər ətrafında da müzakirələrin aparıldığı görüşdə iqtisadiyyat naziri gənc və yüksək ixtisaslı kadrların ölkənin iqtisadi inkişafına verdiyi töhfəni vurğulayıb. Hər iki qalibə bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Təbriz Əmmayev və Toğrul Yaqublu ilə görüşüb.
Oxu.Az xəbər verir ki, o bu barədə özünün "X" hesabında paylaşım edib:
"Mentorluq proqramı çərçivəsində gənclərin fərdi inkişaf planı, hədəflər və peşəkar səriştələrinin artırılması istiqamətləri barədə danışdıq".
Dördüncü "Yüksəliş" müsabiqəsinin (@yukselish_az) qalibləri Təbriz Əmmayev və Toğrul Yaqublu ilə görüşmək xoş oldu. Mentorluq proqramı çərçivəsində gənclərin fərdi inkişaf planı, hədəflər və peşəkar səriştələrinin artırılması istiqamətləri barədə danışdıq.#YüksəlişMüsabiqəsi… pic.twitter.com/p2tCdlQeOf
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 7, 2025
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində tədbir və görüşlər keçirilib
- Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədri təyin olunub
- Mikayıl Cabbarov Məhəmməd Süleyman Əl-Casir ilə görüşüb
- Mikayıl Cabbarov İsmael Nabe ilə görüşüb
- Mikayıl Cabbarov Əbdülhəmid Əlxəlifə ilə görüşüb