"Sumqayıt" futbol klubu bir oyunçusu ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Abdul Raşid Mumini ilə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, Mumini ötən ilin yayında "Sumqayıt"ın heyətinə cəlb olunmuşdu.
Qaynar xətt:
(055) 224 12 12