Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Sumqayıt"dan mövsümdə ilk, tarixdə 10-cu dəfə böyükhesablı qələbə
"Sumqayıt" Misli Premyer Liqasının 2024/25 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, bu, XXVI turun "Kəpəz"lə ev oyununa təsadüf edib.
Vaqif Cavadovun baş məşqçisi olduğu komanda 3:0 hesabı ilə qalib gəlib.
Bu, klub tarixində Premyer Liqadakı yubiley - 10-cu böyükhesablı qələbədir. Bunlardan 6-sı evdə, 4-ü səfərdə qeydə alınıb.
"Sumqayıt" sonuncu böyükhesablı qələbəsini 2024-cü il aprelin 19-da qazanmışdı. "Gənclik şəhəri" təmsilçisi səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, bu, həm də Cavadovun baş məşqçi kimi Premyer Liqada ilk böyükhesablı qələbəsi olub.
"Sumqayıt FK" teqi üzrə xəbərlər
- "Sumqayıt" klubunun rəsmisi: "Kamran Quliyev komandadan qovulmayıb"
- "Neftçi"nin yayda transfer edəcəyi ilk futbolçu BƏLLİ OLDU
- "Qarabağ"ın hakimi təhqir edən futbolçusu dörd oyunluq cəzalandırıldı
- Kuryoz zədə alan Bəhlul Mustafazadənin son durumu bəlli oldu
- Azərbaycan futbolu tarixində ilk: "Qarabağ"la "Sumqayıt" arasında top fərqi 100-ü keçdi