Bu gün “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Oxu.Az xəbər verir ki, iclasda əvvəlki prezident Kamran Quliyevə klubdakı fəaliyyətinə görə təşəkkür olunub, gələcək işlərində uğurlar arzulanıb.
Klubun prezidentinin səlahiyyətlərinin icrası vitse-prezident Vaqif Ömərova tapşırılıb. Beş gün sonra 66 yaşını qeyd edəcək Vaqif Ömərov “Sumqayıt”ın Müşahidə Şurasının üzvü olmaqla bərabər, eyni zamanda klubun əsas sponsorlarından olan “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədridir.
Xatırladaq ki, Kamran Quliyev AFFA-nın tapşırığı ilə “Sumqayıt”dakı prezident postunu turnir cədvəlindəki vəziyyəti pis olan “Neftçi”də analoji vəzifəyə dəyişib.
S.T.
www.oxu.az