Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Sumqayıt” klubunda yeni təyinat olub - FOTO
“Sumqayıt” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat gerçəkləşib.
“Gənclik şəhəri” təmsilçisindən verilən məlumata görə, adıçəkilən vəzifə Zaur Xudiyevə həvalə olunub.
Qeyd edək ki, son iş yeri “Report” İnformasiya Agentliyinin idman şöbəsi olan Zaur Xudiyev daha öncə “Oxu.Az”, “Apasport” kimi ölkənin tanınmış xəbər qurumlarında da fəaliyyət göstərib.
"Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
Ən çox oxunanlar