Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

“Sumqayıt”ın legionerinin ayağını sındıran futbolçuya CƏZA VERİLDİ
AFFA İntizam Komitəsi “Lerik”in futbolçusu Rahid Ağazadəyə bütün turnirlər daxil olmaqla altı oyunluq cəza verib.
“Report” xəbər verir ki, buna onun “Sumqayıt”la Azərbaycan Kubokunun II təsnifat mərhələsinin matçında rəqib oyunçu Kristian Velinovskiyə qarşı etdiyi kobudluq səbəb olub.
Ağazadə birbaşa qırmızı vərəqə alıb. Hadisə nəticəsində Şimali Makedoniyadan olan futbolçu əmək qabiliyyətini bir neçə ay itirib.
PFL Əsasnaməsinin müstəsna hallarda İntizam Komitəsinin qərarının bütün turnirlərə aid olmasını nəzərdə tutan 19-cu maddəsinin 8-ci bəndinə əsasən Rahid Ağazadə bütün turnirlər daxil olmaqla altı oyunluq cəzalanıb, “Lerik” klubu 300 manat cərimə edilib.
Qeyd edək ki, matçda ayağı sınan Kristian Velinovski 3-4 aydan sonra məşqlərə başlaya biləcək. Qarşılaşma “Sumqayıt”ın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- AFFA heyətində yetərsay olmadığına görə komandaya texniki məğlubiyyət verdi
- Elvin Cəfərquliyev və Musa Qurbanlıya sanksiya tətbiq olunacaq
- AFFA yenidən "Turan Tovuz" klubunu cəzalandırdı
- "Səbail"in futbolçusu hakimi təhqir etdi - Klub 3000 manat cərimələndi
- Fernandu Santuş: "Sırf qələbə qazanmaq istəsəydik, Monqolustanı dəvət edərdik"