“Azərreyl” komandası qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsinə vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, “dəmiryolçular” Bakı İdman Sarayında “Azəryol” üzərində 3:0 hesablı qələbə qazanıblar.
“Azərreyl” finalda “Telekom” ilə qarşılaşacaq. “Azəryol” isə “Lokomotiv”lə 3-cü yer uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, bu, “Azərreyl”lə “Azəryol” arasında 3-cü görüş idi. Əvvəlki 2 yarımfinal matçından birincisində “Azərreyl” 3:0 hesabı ilə üstün olmuşdusa, növbəti qarşılaşmada “Azəryol” qələbə qazanmışdı - 3:2.