Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Superkompüter Çempionlar Liqasının qalibi olacaq komandanın adını açıqladı
Dünyaca məşhur "Opta" nəşri superkompüterin 1/8 final mərhələsinin ilk oyunları öncəsi Çempionlar Liqasının 2024/25 mövsümünün favoritlərinin reytinqini yeniləyib.
Oxu.Az xəbər verir ki, "Liverpul" əsas favorit olaraq qalır. "Qırmızılar"ın titul qazanmaq şansı 17,2%-dən 19,2%-ə yüksəlib.
İkinci yerdə "Barselona" (14,8%), üçüncü sırada isə "İnter" (14%) qərarlaşıb.
Turnirin qalibi olmağa namizədlərdən ilk "altılığ"a, həmçinin "Arsenal" (11,6%), "Real Madrid" (9,8%) və PSJ (9,5%) daxildir. Onları "Bayer Leverkuzen" (5,4%), "Bavariya" (5,3%), "Atletiko Madrid" (4,2%) və "Benfika" (1,3%) izləyir.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları martın 4-ü və 5-də baş tutacaq. Cavab oyunları martın 11-i və 12-də keçiriləcək.