Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Hikmət Hacıyev Fələstin səfiri ilə görüşdü
Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasser Abdul Kərim ilə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkədəki hesabında paylaşım edilib.
Səfir N.A.Kərim ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar göstərilən səmimi qəbula görə Hikmət Hacıyevə təşəkkürünü bildirib.
Görüş zamanı, həmçinin iki dost ölkə, Fələstin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və gələcək perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev Litvanın Azərbaycandakı səfiri ilə görüşüb
- Hikmət Hacıyev BMT nümayəndəsi ilə görüşüb
- Hikmət Hacıyev: "Ermənistan Cənubi Qafqazda ən böyük mina istehsalçısı olmaqda davam edir"
- Hikmət Hacıyev Akif Çağatay Kılıç ilə strateji müttəfiqlik münasibətlərini müzakirə edib
- Hikmət Hacıyev Fəxrəddin Altunla regional məsələləri müzakirə edib