Azərbaycanın “Synergy Baku” komandasının velosipedçisi Markus Aybergger Xorvatiyada Istrian Spring Trophy velosiped yürüşündə qalib olub.
Oxu.Az xəbər verir ki, velosipedçi üçüncü - sonuncu mərhələdə 49-cu yeri tutub, amma bu ümumi göstəricidə 1-ci yeri özündə saxlamaq üçün yetərli olub.
Xatırladaq ki, Aybergger birinci mərhələdə 2-ci yeri, ikinci mərhələdə isə 1-ci yeri tutub.
F.H.
www.oxu.az