Xəbər verdiyimiz kimi martın 14-ü və 15-də Heydər Əliyev Sarayında Azərbaycan əsilli dünyaca məşhur müğənni-bəstəkar Sami Yusufun “Sarı gəlin” adlı konserti olub.
Oxu.Az xəbər verir ki, “KEvents group”un təşkilatçılığı ilə reallaşan konsertdə Sami Yusuf öz bəstələri ilə bərabər “The Centre” adlı albomunda yer alan “Sarı gəlin” və “Küçələrə su səpmişəm” adlı Azərbaycan mahnılarını ifa edib.
Konsert proqramında müğənnini yerli musiqiçilər müşayiət edib. Həmçinin “Natiq” ritm qrupunun da Sami Yusufla birgə çıxışı olub.
Konsertdə ən maraqlı məqamlardan biri də Sami Yusufun ona hədiyyə olunan Azərbaycan bayrağını öpərək pianonun üzərinə sərməsi olub.