Azərbaycan Kubokunun 2024/2025-ci il mövsümünü qalib başa vuran "Sabah" tarixində ilk dəfə UEFA Avropa Liqasında iştirak edəcək.
Oxu.Az xəbər verir ki, artıq təmsilçimizin Avropa Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqibləri bəllidir.
"Şaxtyor Donetsk" (Ukrayna)
"Legiya" (Polşa)
"Partizan" (Serbiya)
"Şerif Tiraspol" (Moldova)
"ÇFR Kluj" (Rumıniya)
"Hapoel Byer-Şeva" (İsrail)
"Çelye" (Sloveniya)
"Spartak Trnava" (Slovakiya)
Qeyd edək ki, birinci təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.