Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Teymur Rəcəbov Moskvada ikinci pilləyə yüksəldi
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Moskvada "Şahmat ulduzları" turnirində iştirak edir.
İdman.biz xəbər verir ki, təmsilçimiz iki günün nəticəsinə görə 4 xal toplayıb.
Teymur rapid üzrə turnirdə bu gün 3 partiyada yarışıb. Yekaterina Laqnoya qalib gələn Rəcəbov Hou Lifan və Sergey Karyakinlə xalları yarıya bölüb. Nəticədə hesabına dünən olduğu kimi 2 xal yazdıran şahmatçımız yalnız Vladislav Artemyevdən (5,5 xal) geri qalır.
Qeyd edək ki, sabah rapiddə mübarizəyə yekun vurulacaq. İyulun 1-2-də blitsdə ən güclülər bəlli olacaq.
"Teymur Rəcəbov" teqi üzrə xəbərlər
- Şəhriyar Məmmədyarov və Rauf Məmmədov cütünün qalibi müəyyənləşmədi: Yenidən üz-üzə gələcəklər
- Şahmat üzrə Azərbaycan çempionatında finalın ilk oyunları keçirilib
- Teymur Rəcəbov üçüncü yer uğrunda görüşdə iştirakdan imtina elədi - SƏBƏB
- Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov final uğrunda mübarizə aparacaq
- Şəhriyar Məmmədyarov dörddəbir final mərhələsinə qələbə ilə başladı, Teymur Rəcəbov büdrədi
Ən çox oxunanlar