"Time" jurnalı 2026-cı ildə idman dünyasının ən nüfuzlu 100 şəxsinin siyahısını dərc edib.
Oxu.Az jurnala istinadən xəbər verir ki, siyahıya idmançılar, məşqçilər, jurnalistlər, komanda sahibləri, idman təşkilatlarının rəhbərləri və digərləri daxil edilib.
Siyahı dörd kateqoriyaya bölünüb:
Əfsanələr: basketbolçu Lebron Ceyms, futbolçu Lionel Messi, fiqurlu konkisürən İlya Malinin, tennisçilər Yannik Sinner və Karlos Alkaras, qadın hokkeyçi Mari-Filip Pulen, yüngül atlet Arman Düplantis, sürətli konkisürən Cordan Ştolts və başqaları;
Titanlar: futbolçular Kriştianu Ronaldu və Erlinq Holand, xizəkçi Yohannes Klebo, basketbolçular Viktor Vembanyama və Şey Qilces-Aleksander, beysbolçu Aaron Cadc, hokkeyçi Cek Hyuz, idman şərhçisi Mayk Tiriko və başqaları;
Novatorlar: fiqurlu konkisürən Alisa Lyu, dağ xizəkçisi Lindsi Vonn, marafonçu Sebastyan Save, basketbolçular Ceylen Branson və Kuper Fleqq, "Lion" futbol klubunun prezidenti Mişel Kanq və başqaları;
Liderlэr: tennisçi Arina Sobolenko, "Formula-1" pilotu Kimi Antonelli, FIFA prezidenti Canni İnfantino, darts oyunçusu Lyuk Littler, boksçu Aleksandr Usik, UFC rəhbəri Dana Uayt, Böyük Britaniya şahzadəsi Harri və başqaları.