"Sabah"ın futbolçusu Timoteuş Puxaç UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Borussiya Dortmund"a qarşı keçirilən matç barədə danışıb.
Oxu.Az xəbər verir ki, polşalı müdafiəçi bu barədə "Kanal Sportowy"yə açıqlama verib.
O, "Borussiya Dortmund"la matçdan sonra boşluq hiss etdiyini bildirib:
"Çünki bu matçda heç-heçə etməyə çox yaxın idik. Əlbəttə, rəqib qələbəyə layiq idi lakin biz hesabda geri olanda bərabərlik qolunu vurmaq üçün real şans qazanmışdıq. Bundan istifadə edə bilməməyimiz təəssüf doğurur.
Bəzi epizodları nəzərə almasaq, onlara layiqli müqavimət göstərdik. Bizi müdafiəyə sıxışdırdıqları anlarda isə səviyyə fərqi açıq görünürdü. Məhz buna görə onlar "Borussiya Dortmund"da, biz isə "Sabah"da oynayırıq".
Qeyd edək ki, Timoteuş Puxaç "Borussiya Dortmund"la matçda Aden Makkartinin vurduğu qola məhsuldar ötürmə verib. "Sabah" növbəti oyununu noyabrın 4-də Norveçdə "Vikinq"ə qarşı keçirəcək.