"Sabah"ın müdafiəçisi Timoteuş Puxaç UEFA Çempionlar Liqasının IV turunda "Vikinq"lə səfər matçından sonra müzakirələrin hədəfinə çevrilib.
Oxu.Az Norveç mətbuatına istinadən xəbər verir ki, noyabrın 4-də keçirilən və "Sabah"ın 1:4 hesabı ilə uduzduğu qarşılaşmanın 75-ci dəqiqəsində baş verən epizod azarkeşlərin narazılığına səbəb olub.
Belə ki, "Vikinq"in futbolçusu Peter Kristiansen zədələndikdən sonra oyun dayandırılıb. Qarşılaşma bərpa olunarkən Puxaç topu rəqib komandaya deyil, öz komanda yoldaşına ötürüb. Bu hərəkət norveçli azarkeşlərin onu fitə basmasına səbəb olub.
Polşalı futbolçunun oyundan sonra açıqlamasında "Fair-pley məni maraqlandırmır" ifadəsini işlətməsi də tənqidlərə yol açıb.
Qeyd edək ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqasında növbəti matçını noyabrın 25-də Bakıda "Barselona"ya qarşı keçirəcək.