Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 65 kiloqram çəki dərəcəsində sərbəst güləş yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.
Oxu.Az-ın məlumatına görə, bu çəki dərəcəsində qızıl medalı azərbaycanlı güləşçi Toğrul Əsgərov qazanıb.
65 kq çəki dərəcəsində yarışan olimpiya çempionu rəqib tanımayıb.
Toğrul Əsgərova qızıl medalı İlham Əliyev təqdim etdi - VİDEO