Tokio rəhbərliyi gələn il baş tutacaq Olimpiya oyunları zamanı keçiriləcək marafon yarışlarını gecə saat 3-ə və ya səhər 5-ə təyin etmək istəyir. Səbəb kimi bu saatlarda havanın daha sərin olması göstərilib.
Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Bununla da şəhər rəhbərliyi yarışın paytaxtdan Sapporoya keçidinin qarşısını almaq istəyir.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi Tokio – 2020 Olimpiya Oyunları zamanı marafon yarışlarını Yaponiyanın ən şimal hissəsi olan Sapporoya köçürməyi planlaşdırdığını bildirmişdi. Çünki bu şəhərdə gün ərzində havanın temperaturu Tokio ilə müqayisədə 5-6 dərəcə daha aşağıdır.